Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

TikTok cərimələndi - Məlumatları ötürübmüş

02.05.2025 17:25 81 baxış sayı 1 dəq. oxuma Metbuat
TikTok cərimələndi - Məlumatları ötürübmüş

Avropa İttifaqının İrlandiya Məlumatların Mühafizəsi Komissiyası TikTok sosial media platformasını istifadəçi məlumatlarını Çinə ötürdüyünə görə cəzalandırıb.

Metbuat.az xəbər verir ki, bu barədə qurumdan açıqlama verilib. Bildirilib ki, fərdi məlumatların qorunmasına cavabdeh komissiya TikTok-u şəffaflıq qaydalarını pozduğuna görə 530 milyon avro məbləğində cərimələyib. Açıqlamada, Avropadakı platforma istifadəçilərinin şəxsi məlumatlarının Çinə göndərilməsində TikTok-un qanuna uyğunluğunun, köçürmələrlə bağlı istifadəçilərə məlumatların verilməsi və şəffaflıq meyarlarına uyğunluğunun araşdırıldığı bildirilib.

TikTok-un Avropadakı istifadəçi məlumatlarının Çinə ötürülməsi və şəffaflıq tələbləri ilə bağlı qaydaları pozduğu bəyan edilib.

Texnologiya redaktoru

Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....

Bütün məqalələrə baxın
Paylaş: