
Putinə mesajım yoxdur, o, mənim mövqeyimi bilir - Tramp

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna sülh prosesi ilə bağlı qərarını rusiyalı həmkarı Vladimir Putinlə görüşdükdən sonra verəcəyini açıqlayıb.
Metbuat.az xəbər verir ki, Tramp Ağ Evdə juranlistlərin suallarını cavablandırıb. O, Putinə hansı mesajı vermək istədiyi barədə suala, “Putinə bir mesajım yoxdur, o, mənim mövqeyimi bilir" - deyə cavab verib. İki ölkənin hələ də sülh razılaşması əldə etməməsindən məyus olduğunu təkrarlayan Tramp qeyd edib ki, həm Rusiya, həm də Ukrayna əsgərlərini itirməkdə davam edir.
Tramp Putinlə görüşəcəyini qeyd edib və həmin görüşün nəticəsinə əsasən öz fəaliyyət kursu ilə bağlı daha dəqiq qərar verəcəyini vurğulayıb.
Oxşar xəbərlər

Tramp Putinə qəzəbləndi: Sanksiya tətbiq edə bilər
Bugun.az

Tramp Putinə heç bir güzəşt etməyib - Rubio
Bugun.az

Bu Baydenin axmaq müharibəsidir -Tramp qəzəbləndi
Bugun.az

ABŞ-nin Suriyada işi yoxdur - Tramp
Bugun.az

Tramp İsrailin Hərbi Əməliyyatlarına Dəstək Verdi
Bugun.az

“Sabah Ağ Evdə böyük bir gün olacaq” -Tramp
Bugun.az