
Putin Orbanla bu məsələləri müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putin Macarıstanın Baş naziri Viktor Orban ilə telefonla danışıb.
Metbuat.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı liderlər enerji sahəsində qarşılıqlı faydalı layihələrin inkişafını müzakirə ediblər. Bundan əlavə, Putin Orbanı Kiyevin nizamlanma imkanlarını istisna edən dağıdıcı siyasəti barədə məlumatlandırıb.
Viktor Orban isə Ukrayna böhranının diplomatik yollarla həllinin vacibliyini vurğulayıb və bu istiqamətdə maraqlı olduqlarını bildirib.
Danışıq zamanı tərəflər Suriyadakı hadisələr fonunda Yaxın Şərqdə mövcud gərgin vəziyyətə də toxunublar.
Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Ərdoğan və Putin müzakirə apardı
Bugun.az

Putin və Modi telefonda danışdı
Bugun.az

Vladimir Putin Prezident İlham Əliyevə zəng edib
Azəri Xəbər

Putinin general rütbəsi almamasının səbəbi açıqlan...
Son Xeberler

Tramp-Putin danışığının detalları açıqlandı
Bugun.az

Putin Suriyada Sülh üçün Yardım istədi
Son Xeberler


