
Tramp-Putin danışığının detalları açıqlandı

Rusiya prezidentinin xüsusi nümayəndəsi Yuri Uşakov Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp artasındakı telefon danışığının detallarını açıqlayıb.
Metbuat.az xəbər verir ki, Uşakov bəyan edib ki, Putinlə Tramp arasında telefon danışığı 2,5 saat davam edib. Uşakov, telefon danışığı zamanı Ukrayna böhranı ilə bağlı ətraflı müzakirə aparıldığını bildirib. O bəyan edib ki, Putin görüş zamanı Rusiyanın Ukraynada problemin siyasi və diplomatik həllinə sadiqliyini vurğulayıb. Uşakov bildirib ki, görüş zamanı Kiyevə “Tomaqavk” raketlərin verilməsi iddiaları müzakirə edilib və Putin potensial tədarükün cəbhə xəttindəki vəziyyəti dəyişməyəcəyini, əksinə Rusiya-ABŞ münasibətlərinə xələl gətirəcəyini bəyan edib.
Qeyd edək ki, Donald Tramp və Vladimir Putin Budapeştə görüşməklə bağlı razılığa gəliblər.
Oxşar xəbərlər

Tramp Putinlə telefonda danışdı
Bugun.az

Tramp Putinlə telefonda danışdı
Bugun.az

Tramp Putinlə telefon danışığından razı qaldı
Bugun.az

Putin Trampla telefon danışığının təfərrüatlarını...
Bugun.az

Putin, Tramp və Zelenski görüşür?
Bugun.az

Tramp və Putin bu həftə telefon danışığı planlaşdı...
Bugun.az