🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Panama kanalında gəmilərin keçidi intensivləşdi

17.02.2025 18:25 11 baxış sayı 1 dəq. oxuma
Panama kanalında gəmilərin keçidi intensivləşdi

ABŞ Prezidenti Donald Trampın nəzarəti bərpa etmək istədiyi Panama kanalı vasitəsilə ticarət gəmilərinin daşınması əhəmiyyətli dərəcədə artıb.

Metbuat.az xəbər verir ki, Atlantik və Sakit okeanları arasındakı ən dar ərazidə yerləşən Panama kanalından gündəlik ticarət gəmilərinin keçidi son illərdə iqlim dəyişikliyi nəticəsində güclənən quraqlıq şəraiti səbəbindən məhdudlaşdırılmışdı. Məlumata görə, kanaldan gəmilərin keçidi intensivləşib. Bildirilir ki, ötən ilin eyni dövrü ilə müqayisədə gəmilərin keçidinin sayında 50 faiz artım müşahidə edilib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Panama kanalının Çinin nəzarətində olduğunu irəli sürüb və bunun ABŞ-nin maraqlarına zidd olduğunu ifadə edib.

Paylaş: