Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Panamada Trampa qarşı etiraz keçirildi

24.12.2024 11:25 124 baxış sayı 1 dəq. oxuma Metbuat
Panamada Trampa qarşı etiraz keçirildi

Panama xalqı ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Panama kanalı ilə bağlı açıqlamalarına narazılıq edib.

Metbuat.az xəbər verir ki, nümayiş keçirən Panama xalqı Trampın əlehinə şüarlar səsləndiriblər. Panamanın ən güclü həmkarlar ittifaqlarından olan İşçilərin Milli Həmkarlar İttifaqının rəhbərliyi ilə meydanlara çıxan xalq, Panama parlamenti qarşısında Trampa etiraz edib. Nümayişçilər ABŞ bayrağını və Trampın plakatlarını yandıraraq Panama prezidenti Xose Raul Mulinoya dəstək olduqlarını bildiriblər. İşçilərin Milli Həmkarlar İttifaqının rəhbərliyi bildirib ki, ərazi panamalılara məxsusdur, xalq suverenliyini və kanalını qorumaqda qərarlıdır.

Qeyd edək ki, Donald Tramp kanalın ödənişlərinin yüksək olduğunu bildirib və düzgün idarə olunmayacağı təqdirdə onu ABŞ-a qaytarmağa çalışa biləcəyini deyib.

Texnologiya redaktoru

Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....

Bütün məqalələrə baxın
Paylaş: