
Onlar sertifikasiya imtahanından azad olunurlar

Davamlı peşəkar inkişafla (DİP) əlaqədar 250 kredit balı yığan həkimlər və əczaçılar sertifikasiya imtahanından azad ediləcəklər.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisin Səhiyyə komitəsində “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib.
Adil Vəliyev deyib ki, ölkəmizdə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə onların imtahana cəlb olunması ilə sertifikasiyası həyata keçirilir: “Təklif olunan yeni dəyişikliklərə əsasən tibb işçilərinə şərait yaradılır ki, onlar öz sertifikat şəhadətnamələrini ya 5 ildən bir imtahan yolu ilə, ya da 5 il ərzində 250 kredit balı yığmaqla əldə etsinlər. Bu balı toplamaqla imtahandan azad olunurlar. Kredit balı hər il 50 bal olmaqla ümumilikdə 250 bal təşkil edir. Yəni onların peşə bilik və bacarıqlarının qorunub saxlanılması, inkişaf etdirilməsi və peşə yararlılığının yoxlanılması məqsədilə alternativ DPİ mexanizmi tətbiq olunacaq. Bu məqsədlə də Qanunun 46-cı maddənin 3-cü hissəsi yeni redaksiyada verilir”.
Oxşar xəbərlər

SON DƏQİQƏ - Təhsil Nazirliyi açıqladı:
Son Xeberler

Universitetdə atışma:
Xəbər Anı

Bu şəxslərin evdən çıxması qadağan edildi -
Son Xeberler

DSX-də koronavirusa yoluxma sayı az olub -
Son Xeberler

Təhsil İnstitutu metodist hazırlığı üçün yenidən s...
Edumap.az Təhsil Portalı

Şəhid ailələrinə 11 min, qazilərə 8800 manat veril...
Son Xeberler