
DİM bu fənlərdən hazırlıq kurslarına qeydiyyata start verdi

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan dili, ingilis dili, rus dili və informatika fənləri üzrə hazırlıq kurslarına qeydiyyata başladığını bildirib. Bu kurslar müəllimlər, metodistlər, pedaqoji yönlü ali təhsil müəssisələrinin müvafiq fənn üzrə təhsil alan sonuncu kurs tələbələri, həmçinin həmin istiqamətdə təhsilini davam etdirən magistrlər üçün nəzərdə tutulub.
Qeydiyyat prosesi 28 oktyabr 2025-ci il tarixindən 1 fevral 2026-cı il saat 23:59-dək aparılır. Kurslarda iştirak üçün ödəniş məbləği 100 manatdır. İştirak etmək istəyənlər DİM-in saytında xüsusi qaydada hərəkət etməlidirlər. İlk addım kimi, onlar öz "Şəxsi kabinet"lərini yaratmalıdırlar. Kabinet açılan zaman pul hesabı da açılır. Hesaba vəsait fərqli ödəniş üsulları ilə daxil edilə bilər. Hesaba lazımi vəsait qoyulduqdan sonra "Hazırlıq kurslarında iştirak etmək üçün elektron qeydiyyat"dan keçmək tələb olunur.
Kursun sonunda iştirakçılar müvafiq fənlər üzrə yoxlama imtahanından və kalibrləmə prosesindən keçəcəklər. Kalibrləmə prosesi cavabı yazı ilə ifadə olunan tapşırıqların kompüterdə xüsusi proqram vasitəsilə yoxlanılması deməkdir. Həm yoxlama imtahanından, həm də kalibrləmədən uğurla keçən şəxslərin şəxsi məlumatları Mərkəzin elektron Məlumat bazasına daxil ediləcək və onlara sertifikat veriləcək.
Xüsusi qeyd edilməlidir ki, pedaqoji yönlü ali təhsil müəssisələrinin axırıncı kurs tələbələri və magistrləri üçün hazırlıq kurslarında ilk iştirak ödənişsizdir. Bu şəxslər yalnız öz ixtisasına uyğun fəndən qeydiyyatdan keçə bilərlər. Əgər onlar bir neçə fənn üzrə qeydiyyatdan keçərlərsə, yalnız müvafiq fənn üzrə olan qeydiyyatları nəzərə alınacaq. Qeydiyyat zamanı anketin təsdiq edilməsi ilə bağlı çətinlik yaranarsa, vətəndaşlar (012) 310-53-16 (daxili nömrə: 1532) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Xaricdə təhsil imkanları və beynəlxalq proqramlar haqqında yazıram. Özüm Almaniyada magistratura oxumuşam.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər
Şəkidə UEFA-nın dəstəyi ilə D kateqoriyalı məşqçi...
Azəri Xəbər
ABŞ Təhdidlərinə Qarşı Venesuela "Böyük Düzənlik D...
Son Xeberler

Füzuliyə köçürülmüş sakinlərdən neçə nəfəri məşğul...
Azəri Xəbər
UniDestin Təhsil Mərkəzi ödənişsiz xaricdə təhsil...
Azəri Xəbər

COVID-19 əleyhinə peyvəndin qeydiyyata alınacağı v...
Son Xeberler

Türkiyədə qurulan Azərbaycan şirkətlərinin sayı az...
Bugun.az


