Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Noyabrda neçə gün dərs olmayacaq?

04.11.2025 13:52 14 baxış sayı 2 dəq. oxuma Metbuat
Noyabrda neçə gün dərs olmayacaq?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında" Qərarı noyabr ayında təhsil müəssisələrində dərs günləri cədvəlini müəyyən edir. Bu dəyişiklik 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar tətbiq olunur. Altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində son iş günü 7 noyabr olacaq. Bayram bitəndən sonra ilk iş günü isə 11 noyabra təsadüf edəcək.


Qərara görə, beşgünlük iş həftəsi ilə çalışan təhsil müəssisələrində də son iş günü 7 noyabrdır. Lakin, bu məktəblərdə bayramdan sonra ilk dərs günü bir qədər fərqlidir. Beşgünlük iş rejimində olan məktəblilər dərslərə 12 noyabrda başlayacaqlar.


Bayram günlərindən əlavə, ümumi təhsil müəssisələrini planlaşdırılmış payız tətili gözləyir. Nazirlər Kabinetinin başqa bir Qərarına əsasən, bu müəssisələrdə 16 noyabrdan 20 noyabra qədər tətil elan olunub. Şagirdlər bu tətil bitəndən sonra ilk dərsə 21 noyabr tarixində qayıdacaqlar. Beləliklə, noyabr ayında məktəblilər üçün iki fərqli tətili dövrü qeydə alınmış olur.


F
Təhsil müxbiri

Təhsil sistemi və təhsil islahatları haqqında yazıram. Müəllim kimi işlədikdən sonra bu sahədə jurnalist oldum.

Bütün məqalələrə baxın
Paylaş: