Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Norveç İtaliyanı məğlub etdi, Monteneqro Çexiyaya uduzdu

06.06.2025 23:25 43 baxış sayı 1 dəq. oxuma Metbuat
Norveç İtaliyanı məğlub etdi, Monteneqro Çexiyaya uduzdu

2026-cı il dünya çempionatının Avropa zonası üzrə növbəti seçmə matçları keçirilib.

Metbuat.az xəbər verir ki, 3 qrupda oynanılmış 6 qarşılaşma arasında Norveç - İtaliya diqqət mərkəzində olub. Oslo şəhərindəki "Ullevaal" stadionunda təşkil olunmuş matç meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

Qrup mərhələsinə ağır məğlubiyyətlə başlayan İtaliya isə xalsız Moldova ilə bərabər son pillələrdə qərarlaşıb. "Qarabağ"ın futbolçuları Marko Veşoviç və Marko Yankoviç, "Neftçi"dən isə Edviç Kuçun yer aldığı Monteneqro millisi isə Çexiyanın qonağı olub. Görüş meydan sahiblərinin 2-0 qələbəsi ilə yekunlaşıb.

Texnologiya redaktoru

Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....

Bütün məqalələrə baxın
Paylaş: