🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Dünya çempionatında 1/4 finalın bütün cütləri müəyyənləşdi

28.05.2025 19:25 13 baxış sayı 1 dəq. oxuma
Dünya çempionatında 1/4 finalın bütün cütləri müəyyənləşdi

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib.

Metbuat.az xəbər verir ki, bu gün Milli Gimnastika Arenasında baş tutan qarşılaşmalarda daha 4 komanda 1/4 finala vəsiqə qazanıb.

Monteneqro Polşa üzərində qələbə qazanaraq növbəti mərhələyə adlayıb. Tailand isə Bosniya və Herseqovina ilə matçda hesabı açmasına baxmayaraq, sonradan 3 qol buraxaraq mübarizəni dayandırmalı olub. İsrail Çexiyaya böyük hesabla uduzub - 0:4. 1/8 final mərhələsinin son matçında Gürcüstan millisi Serbiyaya 3:2 hesabı ilə məğlub olub.

Dünya çempionatı

1/4 final

Macarıstan - Mavritaniya

Monteneqro - Çexiya

İngiltərə - Azərbaycan

Bosniya və Herseqovina - Serbiya

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları sabah baş tutacaq.

Paylaş: