🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Mərkəzi Bank bank hesabları ilə bağlı qaydaya dəyişiklik etdi

25.04.2025 07:25 18 baxış sayı 2 dəq. oxuma
Mərkəzi Bank bank hesabları ilə bağlı qaydaya dəyişiklik etdi

Azərbaycan Mərkəzi Bankının (AMB) “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”na bir sıra dəyişikliklər edilib.

Metbuat.az bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, AMB-nin İdarə Heyəti sədrinin 8 aprel 2025-ci il tarixli qərarındakı yeniliklərə əsasən, elektron pul təşkilatları və ödəniş xidmətləri ilə bağlı yeni cari hesab növləri əlavə olunub.

Belə ki, fiziki şəxslər üçün bank hesablarının məsafədən açılması prosesində gücləndirilmiş elektron imza, video zəng və video çəkilişlə identifikasiya metodlarına dair tələblər dəqiqləşdirilib. Həmçinin, mədaxil əməliyyatlarına limitlər müəyyən olunub və bu limitlərdən artıq əməliyyatlar üçün əlavə identifikasiya tələb ediləcək.

Qaydaya əlavə olunan bəndlərlə banklar əvvəlki hesab sahibinin təqdim etdiyi sənədlərə güvənərək yeni hesablar aça biləcək. Bundan başqa, “SWIFT” ifadəsi “BIC” ilə əvəz olunub və bəzi texniki düzəlişlər aparılıb.

Paylaş: