Azərbaycan Mərkəzi Bankı işğaldan azad edilmiş ərazilərdə iki nümayəndəlik açacaq.
Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov onlayn mətbuat konfransında bildirib.
O qeyd edib ki, rəhbərlik etdiyi qurumun Qarabağla bağlı çox geniş proqramı var:
“Biz orada maliyyə-bank infrastrukturunu formalaşdırılması niyyətindəyik. Artıq bank sektoru ilə geniş müzakirələr aparılır. Onlar buna müsbət yanaşırlar. Mərkəzi Bankın azad olunmuş torpaqlarda iki böyük ərazi idarəsi olacaq. Arzu edirik ki, onlardan biri Şuşada yaradılacaq”.
Oxşar xəbərlər: