Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Kütləvi zəhərlənməyə səbəb olan dönərxana bağlandı

21.08.2025 18:25 16 baxış sayı 1 dəq. oxuma Metbuat
Kütləvi zəhərlənməyə səbəb olan dönərxana bağlandı

Şəmkir rayonunda kütləvi zəhərlənmənin baş verdiyi dönərxananın fəaliyyəti tam dayandırılıb.

Metbuat.az xəbər verir ki, bu gün AQTA rəsmiləri tərəfindən 24 nəfərin zəhərləndiyi ehtimal olunan “Almalı” dönər evinin qapısına möhür vurulub, qidalardan nümunələr götürülüb.

Qeyd edək ki, TƏBİB-dən verilən son məlumata görə, zəhərlənmə şübhəsi ilə 24 nəfər (9-u kişi, 15-i qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Onlardan 14-ü azyaşlı olub.

E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: