
Kitabxana müdiri vəfat etdi -FOTO

İsmayıllı rayonunda kədərli bir xəbər yayılıb. Uzun illər rayonun mədəniyyət həyatına töhfə verən kitabxana filialının müdiri Kübrə Qurbanova vəfat edib. Bu itki barədə məlumatı İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi ictimaiyyətə çatdırıb.
Qurum dərin hüznlə bildirib ki, Qurbanova Kübrə Baba qızı uzun illər İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Talıstan kənd kitabxana filialının müdiri vəzifəsində çalışırdı. Kübra xanım kitabxanaçılıq sahəsində fəaliyyət göstərdiyi bütün dövr ərzində yüksək iş səmərəsi nümayiş etdirmişdi. O, xüsusi biliyi, işinə olan məsuliyyəti və yüksək insanpərvərliyi sayəsində kollektivin, oxucuların və kənd sakinlərinin dərin hörmətini qazanmışdı.
Onun mehriban xasiyyəti, işinə olan böyük sevgi və sadiqliyi hər kəsin yaddaşında daim qalacaq. İsmayıllı rayon Mərkəzi Kitabxana Sisteminin kollektivi Kübra xanımın vəfatından kədərləndiyini ifadə edərək, onun ailə üzvlərinə və əzizlərinə başsağlığı diləyir. Kollektiv yaxınlarına səbir arzulayır.
Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...
Bütün məqalələrə baxınOxşar xəbərlər

Fatma Abdullazadənin qızı qəfil vəfat etdi - FOTO
Bugun.az

Azərbaycanda nə qədər kitabxana var?
Bugun.az

Xaçmazda 2 mindən çox kitab məhv oldu - FOTO
Bugun.az

ÜZÜCÜ XƏBƏR: azərbaycanlı məşhur qəflətən vəfat et...
Son Xeberler

Dövlət Komitəsinin əməkdaşı vəfat etdi -FOTO
Bugun.az

Universitetin magistrantı vəfat etdi - FOTO
Bugun.az


