
Fatma Abdullazadənin qızı qəfil vəfat etdi - FOTO

Azərbaycan Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin keçmiş müdiri Fatma Abdullazadəyə ağır itki üz verib.
Metbuat.az Teleqraf.az-a istinadən xəbər verir ki, onun qızı Məryəm Ələkbərli 33 yaşında vəfat edib.
M.Ələkbərli rəssam idi. Onun Azərbayanda və dünyanın bir neçə ölkəsində sərgiləri keçirilib.
2014-cü il oktyabrın 30-da Latviyanın paytaxtındakı “Riqa birjası” Rəssamlıq Muzeyində təşkil olunan sərgidə bir çox tanınmışlarla yanaşı F.Abdullazadənin özü də iştirak edib.
Xatırldaq ki, Fatma Abdullazadə 1993–2005-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsinin müdiri, 2005–2017-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifələrində çalışıb.

Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.
Bütün məqalələrə baxınOxşar xəbərlər

47 yaşlı müəllim qəfil vəfat etdi - FOTO
Bugun.az

Daha bir müəllim vəfat etdi - FOTO
Bugun.az

Rafiq Hüseynov qəfil vəfat - FOTO
Bugun.az

Sosialist Əməyi Qəhrəmanı, pambıq ustası Fatma Hüs...
Azəri Xəbər

Tufan Səfərov vəfat etdi -FOTO
Bugun.az

3-cü kurs tələbəsi qəfil vəfat etdi - FOTO
Bugun.az
                                        

