
Kənanı ələ saldılar: "Üz botoks, saç parik"

Türkiyənin ən bahalı aktyorlarından sayılan Kənan İmirzalıoğlu yenidən ictimaiyyətin qınağına tuş gəlib. Bu dəfə sənətçi xarici görünüşünün qeydinə həddindən artıq qaldığı üçün tənqid olunur.
Türkiyə mətbuatında yayılan xəbərlərdə iddia edilir ki, 51 yaşlı aktyor botoks etdirib. Onun saçının təbii olmadığına dair də fikirlər irəli sürülüb. Hətta İmirzalıoğlunun parik geyindiyi barədə söz-söhbətlər dolaşır. Bu cür iddialar sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirələrə səbəb oldu. İmirzalıoğlunun ünvanına xoşagəlməz şərhlər yazanlar və onu aşağılayanlar oldu. Aktyor həm yüksək qonorarı, həm də indi şəxsi görünüşü ilə gündəmdə qalır.
Aktyor Kənan İmirzalıoğlu yayılan bu məlumatları dedi-qodu adlandırıb. O, saçlarının tamamilə təbii olduğunu vurğuladı. İmirzalıoğlu, eyni zamanda, botoks etdirməsi ilə bağlı yayılan məlumatları da qətiyyətlə rədd etdi. O, belə bir iş görmədiyini bildirərək, "Botoks etdirməmişəm," deyə cavab verdi. Görünüşü ilə bağlı yayılan şayiələr böyük marağa səbəb olsa da, aktyor bunların həqiqəti əks etdirmədiyini deyir.
Qeyd edək ki, Kənan İmirzalıoğlu uzun müddətdir ki, yüksək qonorarına görə də müzakirə mövzusu olaraq qalır. O, "Ailə bir imtahandır" serialının hər bölümü üçün 4,5 milyon lirə alır. Aktyorun yüksək qonorarı onu Türkiyənin ən çox qazanan simalarından biri edir. Maliyyə vəziyyəti ilə yanaşı, indi onun şəxsi həyatı və görünüşü də cəmiyyətin diqqət mərkəzindədir.
Mədəniyyət və incəsənət haqqında yazıram. Teatr, kino, sərgilər - bunlar mənim dünyamdır. Bəzən yazmaqdan əvvəl tamaşaya gedirəm və bu həmişə ilham ve...
Bütün məqalələrə baxınOxşar xəbərlər

Bakıda zob xəstəsini botoks etdilər- VİDEO
Bugun.az

"Şeytana aldanıb botoks etdim"
Şou Xəbər

Demeti arı vurdu, özünü lağa qoydu
İdman Xəbər

"Ay Brilliant"a görə xəcalət çəkirəm"-Efirdə qalma...
Şou Xəbər

Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa...
Bugun.az

İran Prezidentinin Azərbaycana rəsmi səfəri başa ç...
Bugun.az


