"Ay Brilliant"a görə xəcalət çəkirəm"-Efirdə qalmaqal

17.06.2020 11:11 685 baxış sayı 2 dəq. oxuma
"Ay Brilliant"a görə xəcalət çəkirəm"-Efirdə qalmaqal

Rejissor Kənan M.M. çəkdiyi ən uğursuz filmin adını açıqlayıb.

"Fəlidən doğru xəbər" proqramına qonaq olan rejissor aparıcı-aktyor Elşən Orucovun "Kliplər, filmlər çəkmisən. Hansına görə xəcalət çəkmisən" sualına "Səni çəkdiyim, "Ay Brilliant"a görə" cavabını verib.

Aparıcı daha sonra Kənana "Bunu İlkinə deməyə cəsarətin çatıb" sözlərinə isə "İlkin kimdir ki" reaksiyasını verib.

Elşən daha sonra aparıcı-aktyor İlkin Həsənini proqrama virtual qonaq edib. O, Kənanın dediklərinə "Yəqin başqa qonaq çağırmısınız, o, gəlməyib, Kənanı dəvət etdiniz. Kənan desə də İlkin kimdir, mən onu yaxşı tanıyıram. Yaxşı oğlandır, sadəcə, rejissorluğu yoxdur" sözlərini söyləyib.

A
Musiqi müxbiri

Musiqi sənayesi və konsert həyatı haqqında yazıram. Muğam, pop, rok - hər bir janr öz hekayəsinə malikdir.

Bütün məqalələrə baxın
Paylaş: