Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

​Kəlbəcərdə “Niva” aşdı -Ölən var

22.12.2024 10:25 145 baxış sayı 1 dəq. oxuma Metbuat
​Kəlbəcərdə “Niva” aşdı -Ölən var

Kəlbəcər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Metbuat.az-ın Report-a istinadən məlumatına görə, "Niva" markalı avtomobilin dərəyə aşması nəticəsində sürücü - Kəlbəcər rayon sakini, 1974-cü il təvəllüdlü Şahlar Sabir oğlu Dadaşov aldığı xəsarətdən ölüb.

Qəza zamanı habelə sərnişin - Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Allahverdi Elşən oğlu İbrahimbəyli müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, qəza yolun buzlu olması səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.

A
Gənclik və trendiər müxbiri

Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.

Bütün məqalələrə baxın
Paylaş: