
Keçmiş “Qalatasaray”lı “Fənərbaxça”nı ÇL-dən kənarda qoydu

UEFA Çempionlar Liqasında (ÇL) əsas mərhələyə adlayan son 4 komanda müəyyənləşib.
Metbuat.az xəbər verir ki, pley-off-un cavab görüşləri çərçivəsində Türkiyənin "Fənərbağça" klubu "Benfika"nın qonağı olub. Sabiq “Qalatasaray”lı Kərəm Aktürkoğlunun 35-ci dəqiqədə vurduğu yeganə qol “Fənərbaxça”nı ÇL-dən kənarda qoyub. “Sarı-lacivərdlilər” mübarizəni Avropa Liqasının əsas mərhələsində davam etdirəcək.
Qeyd edək ki, Azərbaycan təmsilçisi "Qarabağ" Bakıda "Ferentsvaroş"a uduzsa da, iki görüşün nəticəsinə görə ÇL-in əsas mərhələsinə vəsiqə qazanıb.
UEFA Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları
27 avqust
20:45. "Qarabağ" (Azərbaycan) - "Ferentsvaroş" (Macarıstan) – 2:3
İlk oyun - 3:1
23:00. "Kopenhagen" (Danimarka) - "Bazel" (İsveçrə) – 2:0
İlk oyun - 1:1
23:00. "Benfika" (Portuqaliya) - "Fənərbağça" (Türkiyə) – 1:0
İlk oyun - 0:0
23:00. "Brügge" (Belçika) - "Reyncers" (Şotlandiya) – 6:0
İlk oyun - 3:1
Oxşar xəbərlər

Çempion bu klub olacaq - Süni intellekt proqnozunu...
Bugun.az

"Qalatasaray" - "Fənərbaxça" matçında qalib müəyyə...
Bugun.az

“Qalatasaray” və “Fənərbaxça”nın savaşdığı Taliska...
Bugun.az

UEFA Avropa Liqası: Qarabağ, Qalatasaray, Fənərbax...
Son Xeberler

"Fənərbaxça" tarixində belə qol olmamışdı - Tarixi...
Bugun.az

Derbinin qalibi bu klub olacaq - Süni intellekt pr...
Bugun.az