
"Fənərbaxça" tarixində belə qol olmamışdı - Tarixi göstərici

Türkiyə Superliqasının 19-cu turunda "Konyaspor" "Fənərbaxça"nı qəbul edib.
Metbuat.az xəbər verir ki, matçda hesab 25-ci saniyədə açılıb. Meydan sahiblərinin futbolçusu Pedrinyo fərqlənib. Bu həm də, "Fənərbaxça"nın tarixində buraxdığı ən erkən qol olub. Bununla belə, qonaqlar qələbə qazana biliblər. 14 və 25-ci dəqiqələrdə iki dəfə fərqlənən qonaqlar önə keçsələr də, 44-cü dəqiqədə hesab bərabərləşib. 61-ci dəqiqədə isə "Fənərbaxça" qələbə qoluna imza atıb. Bununla da, "Fənərbaxça" xallarını 42-yə çatdırıb. “Konyaspor" isə 20 xalla turnir cədvəlində 15-cı sırada qərarlaşıb. Lider "Qalatasaray" da 19-cu turda qələbə qazanmışdı.
Səfərdə “İstanbul Başakşehir”i 2-1 hesabı ilə məğlub edən "Qalatasaray", 50 xalla liderdir.
Oxşar xəbərlər

"Fənərbaxça" "Zenit"i məğlub etdi
Bugun.az

“Fənərbaxça” qələbə qazandı
Bugun.az

İngiltərə klubu Mourinyonu istəyir
Bugun.az

Mourinyonun gətirdiyi ulduz futbolçu gedir - Sərv...
Bugun.az

Mourinyo Arda Güler Transferi üçün "Real"a Təzyiq...
Bugun.az

Mourinyo Avropa nəhənginin təklifini qəbul etdi
Bugun.az