
Kartınızı heç kimə verməyin: pulunuzu itirə, cinayətin qurbanı ola bilərsiniz

Həm dünyada, həm də ölkəmizdə kiberdələduzluqla bağlı vəziyyət ciddiləşir. İnsanlar hər gün yeni fırıldaq üsulları ilə aldadılırlar. Dələduzlar vətəndaşların inamından sui-istifadə edərək onları çətin vəziyyətə salır. Son vaxtlarda, xüsusilə məlumatsız, sosial təminatı aşağı olan və ya yaşlı şəxslərin bank kartlarının alınması ilə bağlı fırıldaqlar artıb. Cinayətkarlar müxtəlif yollarla bu şəxslərə yaxınlaşır, bank filiallarından və ya rəqəmsal kanallardan kart əldə etməyi təklif edirlər. Daha sonra onlar müəyyən ödəniş qarşılığında kartı və kart məlumatlarını alırlar. Bu kartlar daha sonra qanunsuz dələduzluq əməllərində istifadə edilir. Bank kartını başqasına vermək nəticəsində ciddi problemlər ortaya çıxa bilər.
Bank kartını və onun məlumatlarını üçüncü şəxsə vermək fərdi məlumatların da ötürülməsi deməkdir. Bununla, dələduzlar məlumatını əldə etdikləri şəxsin maliyyə hesabına giriş qazanır və bütün bank əməliyyatlarına nəzarət edə bilirlər. Bu cür hallarda, aldadılan şəxslərin adı ilə qeyri-qanuni maliyyə əməliyyatları icra olunur. Xüsusilə qanunsuz yollarla əldə edilmiş vəsaitlərin izlərini itirmək üçün bu kartlar tez-tez istifadə olunur. Kartı başqasına vermək dələduza hesabdakı vəsaitlərdən istədiyi kimi istifadə etmək hüququ verir. Bu vəziyyət istifadəçinin bütün bank hesablarını təhlükə altına qoyur və böyük maliyyə itkilərinə səbəb ola bilər.
Hər bir vətəndaş ona məxsus bank kartları ilə icra olunan əməliyyatlara görə cavabdehdir. Kartın üçüncü tərəfə verilməsi kart sahibinə hüquqi öhdəliklər yaradır. Əgər verilən kartla hər hansı qanunsuz əməliyyat həyata keçirilərsə, kart sahibi bu əməliyyatın nəticəsinə görə cinayət məsuliyyətinə cəlb edilə bilər. Pulunuzu itirməmək və cinayətin bir hissəsi olmamaq üçün diqqətli olmaq vacibdir. Bank kartları yalnız müştəriyə məxsusdur və onun istifadəsi üçün nəzərdə tutulub. Kart hesablarınızı mütəmadi olaraq yoxlayın. Şübhəli əməliyyat görəndə dərhal banka və hüquq-mühafizə orqanlarına müraciət edin. Kartınızı və ya bank hesabınızın məlumatlarını heç kimlə paylaşmayın. Bu məlumatları sizdən tələb edən şəxslərlə bağlı dərhal aidiyyəti orqanlara xəbər vermək tövsiyə edilir. Bu cür diqqətli yanaşma, sizin və başqalarının kiberdələduzların hədəfinə çevrilməsinin qarşısını alır.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

"Kreditimi ödəyə bilmirəm, bank bezdirib" -
Şou Xəbər

Gün ərzində ölkə ərazisində qeydə alınan 50 cinayə...
Cinayət Xəbərləri

Gün ərzində ölkə ərazisində qeydə alınan 50 cinayə...
Cinayət Xəbərləri

Gün ərzində ölkə ərazisində qeydə alınan 53 cinayə...
Cinayət Xəbərləri

Daha bir məktəbli düşmən təcavüzünün qurbanı olub
Son Xeberler

"Mənə bir də bu sualı verməyin" - Qurbanov əsəbilə...
Bugun.az