Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Kapital Bank və Təhsil Tələbə Kredit Fondu arasında əməkdaşlıq memorandumu imzalanıb

24.11.2025 14:23 9 baxış sayı 2 dəq. oxuma Metbuat
Kapital Bank və Təhsil Tələbə Kredit Fondu arasında əməkdaşlıq memorandumu imzalanıb

Kapital Bank gənclərin təhsili və peşəkar inkişafına dəstək göstərmək istiqamətində fəaliyyətini genişləndirməyə davam edir. Bu məqsədlə bank, Təhsil Tələbə Kredit Fondu ilə əməkdaşlıq memorandumu imzalayıb. Sənədə Kapital Bank-ın İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədova və Fondun İdarə Heyətinin sədri Bəhruz Əzimov imza atıblar.


Memorandumun əsas hədəfi tələbələrin bilik və bacarıqlarını artırmaqdır. Bu əməkdaşlıq gənclərin əmək bazarına daha hazırlıqlı daxil olmasına kömək edəcək, eyni zamanda onların karyera perspektivlərini genişləndirəcək. Razılaşma çərçivəsində tələbələr Kapital Bank-ın müxtəlif struktur bölmələrində istehsalat təcrübəsi və xüsusi təcrübə proqramlarında iştirak etmək imkanı qazanacaqlar. Bu təşəbbüs onlara real iş və biznes mühitində çalışmaq, müasir bankçılıq prosesləri və idarəetmə prinsipləri ilə yaxından tanış olmaq imkanı yaradır.


Memorandum Kapital Bankın aparıcı mütəxəssisləri tərəfindən təşkil ediləcək təlim və inkişaf proqramlarına çıxışı da nəzərdə tutur. Tələbələr üçün keçiriləcək seminar və vörkşoplar onların şəxsi və peşəkar inkişafına böyük töhfə verəcək. Bu proqramlar bank sektorunun iş prinsipləri, müasir trendlər və yanaşmalar barədə iştirakçıların biliklərini zənginləşdirəcək. Bu əməkdaşlıq Kapital Bankın gənclərin təhsilinə dəstək missiyasının davamıdır, həmçinin ölkənin əmək bazarında daha rəqabətqabiliyyətli kadrların yetişdirilməsinə mühüm töhfə verəcək.


V
Peşə təhsili müxbiri

Peşə təhsili və kadr hazırlığı mövzusunda yazıram. Gənclərin hansı peşələrə yönəldiklərini izləmək maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: