🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Kamran Əliyev iki rayona prokuror təyin etdi

20.08.2025 11:25 1 baxış sayı 1 dəq. oxuma
Kamran Əliyev iki rayona prokuror təyin etdi

Sabirabad və Şəkiyə yeni prokuror təyin edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin rəisi - idarə rəisinin müavini Anar Nəsibov Şəki rayon prokuroru vəzifəsinə təyin olunub.

Şəki rayon prokuroru vəzifəsini icra edən Mehman Xankişiyev isə Sabirabad rayon prokuroru təyin olunub.

Baş prokurorun daha bir əmri ilə Sabirabad rayon prokuroru Fəxrəddin Pənahov Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin rəisi - idarə rəisinin müavini vəzifəsinə təyinat alıb.

Paylaş: