Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Bu şəhərlərə yeni prokurorlar təyin edildi

15.07.2025 09:25 20 baxış sayı 1 dəq. oxuma Metbuat
Bu şəhərlərə yeni prokurorlar təyin edildi

Mingəçevir və Zaqatalaya yeni prokuror təyin edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, baş ədliyyə müşaviri (polkovnik) Pərvin Quliyev Mingəçevir şəhərinə yeni prokuror təyin olunub. O, bundan əvvəl Bakı şəhər prokurorluğunda Daxili işlər orqanlarına nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb.

Baş Prokurorun digər əmri ilə Mingəçevirin sabiq prokuroru Baş ədliyyə müşaviri (polkovnik) Qabil Səfərov Zaqatalaya prokuror təyin olunub.


A
Gənclik və trendiər müxbiri

Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.

Bütün məqalələrə baxın
Paylaş: