
İran nüvə silahı əldə edib? - Nazir AÇIQLADI

İranın xarici işlər naziri Abbas Arakçi 2025-ci ilin İrana nüvə məsələsi baxımından mühüm il olacağını bildirib.
Metbuat.az modern.az-a istinadən xəbər verir ki, nazir bu barədə jurnalistlərə açıqlamasında deyib.
O, Çin rəsmiləri ilə görüşündə İranın nüvə problemi də daxil olmaqla, geniş spektrli məsələlər ətrafında fikir mübadiləsi apardığını bildirib. Arakçi həmçinin regional və beynəlxalq məsələləri, Əfqanıstan, Suriya, Qəzza və Livandakı terror problemini müzakirə etdiyini deyib.
İranın xarici işlər naziri əlavə edib: "İranın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığın müxtəlif sahələrində, o cümlədən ticarət, iqtisadiyyat, təhlükəsizlik və enerji sahələrində irəli sürdüyü təkliflərə baxış keçirilib".
Rəsmi nümayəndə heyətinə başçılıq edən Abbas Arakçi şənbə günü Çinə səfər edib və çinli həmkarı Van Yi ilə görüş zamanı hər iki tərəf ölkələri arasında strateji əlaqələri gücləndirmək və inkişaf etdirmək istəyini bildirib.
Oxşar xəbərlər

İran Qərbdən Yenidən Xəbərdarlıq Etdi: Nüvə Silahl...
Son Xeberler

SON DƏQİQƏ: İran hücuma keçəcək
Xəbər Anı

İran ABŞ ilə nüvə sazişi üzrə danışıqlardan məmnun...
Bugun.az

İran nüvə silahına sahib olmaq arzusundan əl çəkm...
Bugun.az

Tramp Xameneiyə məktub göndərdi
Bugun.az

ABŞ-ın Ukraynaya Nüvə Silahı Verə Biləcəyi İddiası
Son Xeberler