
İlham Əliyev Afrim Qaşini qəbul etdi -FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də Şimali Makedoniya Respublikası Assambleyasının sədri Afrim Qaşini qəbul edib.
Metbuat.az xəbər verir ki, söhbət zamanı Azərbaycanla Şimali Makedoniya arasında münasibətlərin inkişafından məmnunluq bildirildi, əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulandı.
Əlaqələrimizin möhkəmlənməsində müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin önəminə toxunuldu, bu xüsusda Şimali Makedoniya Prezidentinin ölkəmizə rəsmi səfəri və keçirilən səmərəli müzakirələr qeyd olundu.
Qonaq vurğuladı ki, Şimali Makedoniya Azərbaycanı dost ölkə kimi qəbul edir.
Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əlaqələrimizin perspektivlərinə dair müzakirələr aparıldı, Azərbaycan və Şimali Makedoniyanın qanunverici orqanları arasında əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olundu.
Oxşar xəbərlər

İlham Əliyev İranın Milli Təhlükəsizlik üzrə Ali Ş...
Bugun.az

İlham Əliyev Birol Akgünün etimadnaməsini qəbul et...
Bugun.az

İlham Əliyev Mehdi Sənayini qəbul etdi
Bugun.az

İlham Əliyev 20 Yanvar günü ilə bağlı paylaşım etd...
Son Xeberler

Prezident Çavuşoğlunu qəbul etdi
Son Xeberler

İlham Əliyev Kazan'da Laos Prezidenti ilə görüşdü...
Bugun.az