Həll olunmamış məsələlər üzərində iş davam edir - Yalçın Rəfiyev
COP29 Sədrliyi hələ öz həllini tapmayan məsələlərə yekun düzəlişlər etmək üçün tərəflərlə işləməyə davam edəcək.
Metbuat.az xəbər verir ki, bu barədə jurnalistlərə COP29-un baş danışıqçısı Yalçın Rəfiyev məlumat verib.
"Biz hələ də həll olunmamış məsələlərə son düzəlişlər etmək üçün tərəflərlə işləməyə davam edəcəyik. Bütün tərəfləri hədəfə çatmağa təşviq edərək, bu konfransın nəticəsinin mümkün qədər iddialı olmasını təmin etməyə çalışacağıq", - o bildirib.
Y.Rəfiyev qeyd edib ki, sədrliyin fikrincə, 250 milyard ABŞ dolları məbləğində illik maliyyələşmə ədalətli və iddialı məqsədə uyğun deyil, lakin tərəflərlə qarşılıqlı fəaliyyət davam etdiriləcək.
"Biz bu məsələ ilə bağlı məsləhətləşmələri davam etdirir və irəliləyiş əldə olunacağına ümid edirik. Tərəflər məbləği hələ nəzərdən keçirəcəklər və yekun razılaşma əldə edildikdən sonra şərh verə biləcəyik", - o vurğulayıb.
Oxşar xəbərlər
Yalçın Camalov Aqrar Kredit və İnkişaf Agentliyinə...
Son Xeberler
GTA 6 sızmaları "Bully" oyununun yenilənməsini gös...
Texnologiya xəbərləri
Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılır
Son Xeberler
Bakıda Evdə Cütlük Ölüsü: Nə Baş Verib?
Bugun.az
iOS 18.0.1 Yenilənməsi Yayımlandı! Kritik Səhv Düz...
Son Xeberler
CATL Elektrikli Avtomobillərin Mənzilini İkiqat Ar...
Texnologiya xəbərləri