
Qara Dəniz regionunda sülh və təhlükəsizlik inkişaf üçün əsas şərtdir - Yalçın Rəfiyev

Lüksemburqda Avropa İttifaqının təşkilatçılığı ilə 20 oktyabr 2025-ci il tarixində "Regionlararası təhlükəsizlik və bağlantılar" adlı xüsusi yüksək səviyyəli toplantı keçirilib. Bu tədbirin gündəliyi əsasən Qara Dəniz regionunda təhlükəsizlik, sabitlik, dayanıqlılıq və regionlararası əlaqələr mövzularını əhatə edirdi.
İclasın işində Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas, genişlənmə üzrə komissar Marta Kos, beynəlxalq tərəfdaşlıq üzrə komissar Jozef Sikela, üzv ölkələrin xarici işlər nazirləri, eləcə də Şərq Tərəfdaşlığı, Türkiyə və Mərkəzi Asiya ölkələrinin yüksək vəzifəli şəxsləri iştirak ediblər. Azərbaycan Respublikasını bu vacib toplantıda xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil etdi.
Nazir müavini Y. Rəfiyev müzakirə olunmuş məsələlərlə bağlı ölkəmizin mövqeyini diqqətə çatdırdı. O, Azərbaycanın da daxil olduğu geniş Qara Dəniz regionunun inkişaf potensialını tam ortaya çıxarmaq üçün bu bölgədə sülh və təhlükəsizliyin bərqərar olmasını əsas şərt saydı. Bu istiqamətdə, Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesinin böyük əhəmiyyət daşıdığını xüsusi vurğuladı.
Y. Rəfiyev, həmçinin, Azərbaycanın Avropa İttifaqı üçün əhəmiyyətini qeyd etdi. Azərbaycan Qara Dəniz regionunu Cənubi Qafqaz və Mərkəzi Asiyaya bağlayan mühüm nəqliyyat dəhlizləri üzərində yerləşir. Bu amil, Azərbaycanı nəqliyyat, enerji və rəqəmsal bağlantılar sahəsində Aİ üçün etibarlı tərəfdaş edir. Mövcud potensialdan daha səmərəli istifadə etmək üçün, Azərbaycan və Aİ arasında iqtisadi və investisiya əməkdaşlığının gücləndirilməsi əlavə imkanlar yarada bilər.
Xarici siyasət və regional təhlükəsizlik mövzularında yazıram. Dünya siyasətini izləmək və Azərbaycanla əlaqələndirmək maraqlıdır.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Azərbaycan Lüksemburqda regional əlaqəliliklə bağl...
Azəri Xəbər

Mirzoyan: Bakı ilə İrəvan arasında sülh regionda y...
Azəri Xəbər

Həll olunmamış məsələlər üzərində iş davam edir -...
Bugun.az

Hakan Fidan Lüksemburqda Aİ Xarici Əlaqələr Şurası...
Son Xeberler

Yalçın Camalov Aqrar Kredit və İnkişaf Agentliyinə...
Son Xeberler

Yalçın Rəfiyev Ankaraya səfər etdi
Bugun.az