
Həbs olunacağı deyilən general Telman Mehdiyev kimdir?

Vaxtilə “boz kardinal” kimi tanınan Ramiz Mehdiyev hazırda dövlətə qarşı ağır ittihamlarla üz-üzədir. Bu proses yalnız onun özü ilə məhdudlaşmır, çünki ailə üzvləri və yaxın qohumları da araşdırmalara cəlb edilib. İki gün əvvəl Ramiz Mehdiyevin oğlu fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edildi.
Məlumatlara görə, adı saysız-hesabsız korrupsiya iddialarında hallanan gömrük generalı Telman Mehdiyev də onun qohumu kimi təqdim edilir. General Telman Mehdiyev Azərbaycan gömrük sistemində uzun illər yüksək postlarda çalışıb. Ona 2021-ci ildə gömrük xidməti general-mayoru rütbəsi verilib. O, 2022-ci ilə qədər Dövlət Gömrük Komitəsinin Enerji resursları və dəniz nəqliyyatı Baş Gömrük İdarəsinə rəhbərlik edib. Bu idarə dəniz daşımaları və neft ticarəti ilə bağlı strateji yüklərə nəzarət edən qurumdur. İddialar var ki, o, bəzi hallarda birbaşa Ramiz Mehdiyevdən göstəriş alaraq biznesmenlərə qarşı cinayət işləri başlayıb və təzyiq mexanizmlərində xüsusi rol oynayıb.
2022-ci ilin əvvəlində o dövrdə DGK-nın sədri olmuş Səfər Mehdiyevin əmri ilə Telman Mehdiyev Qərb Baş Gömrük İdarəsinin rəisi təyin edildi. Lakin o, bu vəzifədə uzun müddət qala bilmədi. Səfər Mehdiyevin vəzifədən uzaqlaşdırılmasından sonra Telman Mehdiyev də 2023-cü ilin yanvarında “pensiya yaşı” ilə əlaqədar istefaya göndərildi. Ekspertlər bunu himayəçisiz qalan generalın sistemdən "səssiz şəkildə uzaqlaşdırılması" kimi qiymətləndiriblər. Son günlər Telman Mehdiyevin adı yenidən gündəmə gəlib. “Ramiz Mehdiyev işi” çərçivəsində mümkün həbs olunacağı iddia edilən şəxslərin siyahısında onun da adının hallandırıldığı deyilir.
Bu hadisələrin fonunda Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevin karyerası da xatırlanır. Teymur Mehdiyev Suxumi şəhərində anadan olub, Bakı Dövlət Universitetini bitirib və hüquq elmləri namizədidir. O, 2014-cü il mayın 5-də fövqəladə hallar nazirinin müavini təyin olunmuşdu və general-mayor rütbəsi verilmişdi. Daha əvvəl o, Dövlət Miqrasiya Xidməti rəisinin 1-ci müavini, ondan da əvvəl isə mədəniyyət və turizm nazirinin müavini vəzifəsində çalışıb. Ramiz Mehdiyevin dövlətə xəyanət ittihamı ilə istintaqa cəlb olunmasından sonra onun yaxınlarının da istintaqa cəlb ediləcəyi gözləntiləri var.
Daşınmaz əmlak bazarı və tikinti sektoru üzrə yazıram. Bakının necə dəyişdiyini izləmək maraqlıdır.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Rüşvətlə tutulan məmurun rəisi Ramiz Mehdiyevin qa...
Son Xeberler

Həbs edilən general Mirzəyev kimdir?
Xəbər Anı

Bu şəxslər general-mayor oldu
Son Xeberler

General Mirzə Mirzəyev Həbs Edildi
Bugun.az

Əmisinin cinayətini 2 il gizlətdi, həbs edildi
Bugun.az

Mehdiyev ev həbsini burada çəkir - FOTO
Bugun.az


