
Son Xeberler
9 abunə
Rüşvətlə tutulan məmurun rəisi Ramiz Mehdiyevin qardaşı oğludur FOTO
29.06.2020 05:33
592 baxış sayı
2 dəq. oxuma

Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin rəisi vəzifəsində çalışan Ceyhun Babayev rüşvət alarkən cinayət başında yaxalanıb.
O, Baş prokurorluq və Dövlət Gömrük Komitəsi tərəfindən birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Barəsində məhkəmə qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Ceyhun Babayev Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qardaşı oğlu Telman Mehdiyevin işçisidir. Belə ki, Telman Mehdiyev hazırda Dövlət Gömrük Komitəsinin Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi postunu tutur.
Məlumata görə, Ceyhun Bayramovun əməllərinin məsuliyyətini bölüşəcək vəzifəli şəxs kimi Telman Mehdiyev də istintaqa cəlb olunacaq. Məsələ ilə bağlı sayt Telman Mehdiyevin özü ilə əlaqə saxlayıb.
"Bütün məlumat rəsmi açıqlanıb, başqa deyəcəyim bir söz yoxdur” deyən Telman Mehdiyev danışmaqdan imtina edib.
Oxşar xəbərlər

İşdən çıxarılan RƏİS görün hansı məmurun
Son Xeberler
786
10/02 11:08

Ramiz Mehdiyevin ölüm xəbəri haqda
Son Xeberler
485
17/09 12:30

Ramiz Mehdiyevin kürəkəni və qudası məhkəməyə gəti...
Son Xeberler
642
22/08 07:53

Ramiz Mehdiyevin nəvəsinin toyundan daha bir görün...
Son Xeberler
753
21/08 10:25

Abel Məhərrəmovun bacısı: “
Son Xeberler
607
21/08 15:53

Kürəkəni Ramiz Mehdiyevin şəninə belə tost dedi -
Son Xeberler
553
02/09 15:53