
Göyçayda asfaltın ortasında alov əmələ gəlib

Göyçayda asfaltın ortasında qaz sızmasından alov əmələ gəlib. Həmin yolda avtomobillər hərəkət edir, yaxınlıqda da evlər və tövlələr var.
Metbuat.az Xezerxeber.az-a istinadən bildirir ki, bu təhlükəli vəziyyət Göyçayın Qızılağac kəndində yaşanır.
Sakinlər bildirirlər ki, mövcud vəziyyət illərdir onları narahat edir. Hətta sızma nəticəsində abonentlərə verilən qazın təyziqi düşüb. Bu səbəbdən evlərin isidilməsində də xeyli çətinlik çəkirlər.
Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə "Azəriqaz" İstehsalat Birliyinin "104" çağrı mərkəzinə və Göyçay Qaz istismar sahəsinə müraciət etsələr də, nəticəsi olmayıb.
Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Xəzər Xəbər"ə bildirildi ki, məsələ yerində araşdrılıb, lazımi işlər görülüb və qaz sızması aradan qaldırılıb.
Ətraflı videomaterialda:
Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Göyçayda Şəhid İsmət Piriyevin Xatirəsi Anılır
Bugun.az

"Alov Qüllələri"ndə toy keçirilib? - DİN-dən AÇIQL...
Son Xeberler

Göyçayda ağır qəza - Ölən var
Bugun.az

Küçənin ortasında silahlı qarşıdurma –
Son Xeberler

Göyçayda ağır qəza - Xəsarət alanlar var
Bugun.az

Göyçayda taxta sexində baş vermiş yanğın tamamilə...
Azəri Xəbər