
Göyçayda taxta sexində baş vermiş yanğın tamamilə söndürülüb - Detallar

Göyçay şəhəri ərazisindəki yeşik istehsalı emalatxanasında (sexində) baş vermiş güclü yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tamamilə söndürülüb.
Bu barədə FHN-in Mətbuat xidməti rəsmi məlumat yayıb.
***
00:09 Yenilənmə
Göyçayda taxta sexində başlayan güclü alov nəticəsində yanğın yaxınlıqda yerləşən iki fərdi yaşayış evinə keçib.
Şirvan büromuzun məlumatına əsasən, yanğın səbəbindən həmin vətəndaşlara məxsus evlərə ciddi ziyan dəyib. Evlərdəki əşyalar və konstruksiyaların böyük bir hissəsi yanaraq tamamilə yararsız hala düşüb.
Alovla mübarizəyə Dövlət Yanğından Mühafizə Xidmətinin həm Göyçay, həm də qonşu Ucar rayon bölmələrinin canlı qüvvəsi və xüsusi texnikası cəlb olunub.
Həmin vaxt yanğın lokallaşdırılsa da, tam söndürülməsi istiqamətində əməliyyatlar hələ davam etdirilirdi.
***
22:14 Yenilənmə
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Göyçay şəhərində emalatxanada yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay rayon Yanğından Mühafizə Hissəsinin heyəti əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində alovun daha geniş əraziyə yayılmasının qarşısı operativ şəkildə alınıb.
Həmin vaxt yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilirdi.
***
21:55 İlkin Məlumat
Göyçay rayonunda taxta emalatxanasında güclü yanğın hadisəsi qeydə alınıb.
Şirvan büromuzun ilkin məlumatına əsasən, yanğın saat 21:30 radələrində rayonun Natəvan küçəsində yerləşən taxta sexlərindən birində başlayıb.
Dərhal FHN-nin Göyçay yanğından mühafizə hissəsinin əməkdaşları əraziyə səfərbər olunub.
Sevindirici haldır ki, hadisə zamanı xəsarət alan olmayıb. Ərazidə işlər davam etdirilib və yanğının genişlənməsinin qarşısı alınıb. Yanğının baş vermə səbəbləri araşdırılır.
Oxşar xəbərlər

Bərdədə yanğın oldu
Bugun.az

Füzulidə kitabxanada yanğın oldu
Bugun.az

Bakıda yanğın oldu, ölən var
Bugun.az

Bakıda çörək sexində yanğın oldu
Bugun.az

SON DƏQİQƏ: Bakıda yaşayış binası yandı
Xəbər Anı

Xocavənd, Şuşa və Xocalıda dağlıq ərazidə baş verm...
Bugun.az