🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Goranboydakı gəlin-qayınata münaqişəsinin baş verdiyi yerdən GÖRÜNTÜLƏT

16.02.2025 17:25 18 baxış sayı 1 dəq. oxuma
Goranboydakı gəlin-qayınata münaqişəsinin baş verdiyi yerdən GÖRÜNTÜLƏT

Goranboyda qumbara partlayıb.

Metbuat.az Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb. 68 yaşlı Zakir Namazov gəlini, 38 yaşlı Vəfa Aslanova ilə ailə münaqişəsi zəminində mübahisə edib və ona doğru əl qumbarası atıb.

Zakir Namazov Goranboy rayonu Tapqaraqoyunlu kəndi ərazisində çobanlıq edib. Ehtimal olunur ki, həmin partlayıcı maddə müharibə qalıqları ilə çirklənmiş və təmizlənməyən yerdən tapılıb. Kişinin həyat yoldaşı Yamin Məmmədova deyir ki, ailə daxilində münaqişə bir ilə yaxındır ki, davam edirmiş.

3 uşaq anası olan gəlin Vəfa Aslanovanın müalicəsi hazırda xəstəxanada davam etdirilir.

Gəlinin üzərinə partlayıcı maddə atmaqla ona xəsarət yetirən qaynata Zakir Namazov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.


Paylaş: