Astarada 17 yaşlı qız toy gecəsi ölüb

29.10.2025 06:43 9 baxış sayı 1 dəq. oxuma APA
Astarada 17 yaşlı qız toy gecəsi ölüb

Astara rayonunda kədərli hadisə qeydə alınıb. Dünən toyu olan 17 yaşlı gəlin bu gün səhər saatlarında vəfat edib.


Astara rayon sakini, 2008-ci il təvəllüdlü Ə.İ. adlı şəxsin toy mərasimi dünən Deqədi kəndində yerləşən şadlıq saraylarından birində keçirilib. Mərasim bitdikdən sonra gəlin özünü pis hiss edib. Vəziyyəti pisləşən qız dərhal Astara rayon mərkəzi xəstəxanasına yerləşdirilib.


Həkimlər Ə.İ.-ni xilas etməyə çalışsalar da, bu, mümkün olmayıb. Gəlin toyundan bir gün sonra dünyasını dəyişib. Faktla bağlı Astara rayon prokurorluğunda araşdırma aparılır. Hazırda ölümün səbəbləri müəyyənləşdirilir.


G
E-ticarət redaktoru

Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.

Bütün məqalələrə baxın
Paylaş: