
Gədəbəydə tənha yaşayan qadına qarşı quldurluq -FOTO

Bu gün səhər saatlarında Gədəbəy rayonunun Kələman kəndində quldurluq hadisəsi baş verib.
Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, saat 06 radələrində naməlum şəxs və ya şəxslər kənddə tənha yaşayan 1951-ci il təvəllüdlü Zeynəb Nağıyevanın evinə daxil olub.
Qadının başına un kisəsi keçirilərək ona küt alətlə zərbələr endirilib və evdəki pulların yerini deməsi tələb edilib. Z.Nağıyevaya məxsus 6 min manat və pensiya kartından çıxardığı məbləğ götürülüb.
Kənd sakinləri 74 yaşlı qadını əl-ayağı bağlı başına kisə keçirilmiş formada aşkar edərək hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Onurğa sümüyünün və qabırğaların sınığı, kəllə-beyin travmaları alan ahıl qadın Gəncədəki xəstəxanaya aparılıb.
DİN in Mətbuat xidmətinin Gəncə Regional qrupunun inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, hadisə ilə bağlı araşdırmalar aparılır. Araşdırmaların nəticəsi barədə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, Z.Nağıyevanın müharibə veteranı olan oğlu vəfat edəndən sonra o, tənha yaşayırmış.
Oxşar xəbərlər

Bakıda bərbərxanada qadına qarşı zorakılıq edən po...
Son Xeberler

Bakıda polis bərbərxanada qadına qarşı zorakılıq e...
Son Xeberler

Bakıda taksi sürücüsü sərnişinə bıçaqla hücum etdi
Son Xeberler

Çimərlikdə qadına söz atdı, dava düşdü —
Son Xeberler

Nuri Sərinləndirici oğlu ilə DƏBDƏBƏLİ EVİNDƏ -
Şou Xəbər

Xalq artisti evində huşsuz vəziyyətdə tapıldı
Son Xeberler