24.09.2020 14:46
6
abunə
419
Bakıda taksi sürücüsü sərnişinə bıçaqla hücum etdi

Bakının Binəqədi Rayon 43-cü Polis Bölməsinin əməliyyatçıları ötən şənbə günü quldurluq edən paytaxt sakininin kimliyini müəyyənləşdiriblər.

Bu barədə  hüquq-mühafizə orqanlarından bildirilib.

Məlum olub ki, Binəqədi qəsəbəsində 19 sentyabr saat 19:15 radələrində 1977-ci il təvəllüdlü Elşən Ələkbərov “Tofaş” markalı taksiyə minib. Avtomobildə sürücü onun boğazına bıçaq dayayaraq, bütün qiymətli əşyalarını verməsini tələb edib. O, sərnişinin 300 manat dəyərində cib telefonu, pulları, bank kartları və paltarı olan çantasını götürüb.

Həmin şəxsin əvvəllər quldurluq və qanunsuz narkotik maddə saxlama ittihamı ilə məhkum olunmuş, 1984-cü il təvəllüdlü İlqar Rəhimov olduğu müəyyən edilib. Hazırda polis əməkdaşları onun tutulması istiqamətində tədbirlər həyata keçirirlər.

Qeyd edək ki, ayın əvvəlindən bəri paytaxtda dörd quldurluq hadisəsi törədilib, onlardan üçünün üstü açılıb.

Etiketlər:

Daxil olun


x
This website is using cookies. More info. That's Fine