🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
8 abunə

Flora Kərimovanın səhhəti ağırlaşıb? - AÇIQLAMA

05.11.2024 14:25 16 baxış sayı 1 dəq. oxuma
Flora Kərimovanın səhhəti ağırlaşıb? - AÇIQLAMA

Xalq artisti Flora Kərimovanın səhhətinin pisləşməsi ilə bağlı məlumat yayılıb.

Metbuat.az xəbər verir ki, bu barədə aparıcı Zümrüd Bədəlova “Gün ortası” proqramında deyib.

O bildirib ki, sənətçini verilişinə dəvət edib, lakin vəziyyəti ağırlaşdığı üçün canlı yayımda iştirak edə bilməyib.

"Qafqazinfo.az" saytı məsələ ilə bağlı Xalq artistinin köməkçisi ilə əlaqə saxlayıb. O, açıqlamasında bildirib ki, yayılan məlumat tamamilə yalandır:

“Yanlış məlumatdır. Hər şey yaxşıdır. Sadəcə analizlər verib. Bunu adi bir insan da verir. Nə olacaq ki? Qonaqları gəldiyi üçün verilişə qatıla bilməyib. Onlara bildirilmişdi ki, evdən çıxa bilməyəcək. Vəziyyətinin ağır olduğu deyilməyib”.

Paylaş: