Türkiyəyə aparılan deputatdan xəbər var SON DƏQİQƏ

11.07.2020 07:59 734 baxış sayı 2 dəq. oxuma
Türkiyəyə aparılan deputatdan xəbər var

“Hazırda millət vəkili Vahid Əhmədovun səhhəti normaldır. Artıq müalicəsi bitmək üzrədir”.

Bunu millət vəkilinin köməkçisi Arif Orucov bildirib.

O qeyd edib ki, V.Əhmədov özünü yaxşı hiss edir:

“Hər gün əlaqə saxlayıram, vəziyyəti stabildir. Risk geridə qalıb. Bazar ertəsi həkimlər bir də müayinə edəcək və rəy verəcəklər. Daha sonra Azərbaycana qayıtması barədə qərar qəbul ediləcək”.

Qeyd edək ki, bir neçə müddət əvvəl Vahid Əhmədovun səhhəti ağırlaşıb. Ürəyində problem yarandığı üçün o, təcili olaraq özəl təyyarə ilə Türkiyəyə aparılıb.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: