
Fərid Qayıbov Beynəlxalq Gimnastika Federasiyasının rəsmisi ilə görüşdü

Gənclər və idman naziri Fərid Qayıbov Beynəlxalq Gimnastika Federasiyasının (FIG) “Gimnastika hamı üçün” Komitəsinin prezidenti Roqerio Valerio ilə görüşüb.
Metbuat.az xəbər verir ki, görüşdə gimnastikanın inkişafı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və bu sahədə təcrübə mübadiləsinin aparılması müzakirə mövzusu olub. Həmçinin Azərbaycan və FIG-in “Gimnastika hamı üçün” Komitəsi arasında əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi perspektivləri müzakirə edilib.
Görüşdə FIG-in “Gimnastika hamı üçün” Komitəsinin üzvləri və Azərbaycan Gimnastika Federasiyasının rəsmiləri də iştirak ediblər.
Oxşar xəbərlər

Fərid Qayıbov Avropa Badminton Konfederasiyasının...
Bugun.az

Mehriban Əliyeva yenidən Gimnastika Federasiyasını...
Son Xeberler

Fərid Qayıbov COP9-un Büro İclasında iştirak etdi...
Bugun.az

Bakıdakı dünya çempionatının yeni tarixi açıqlandı
İdman Xəbər

Arzu karyerasını başa vurdu
Bugun.az

Sofiya Məmmədova Zaqreb yarışında bürünc medal qaz...
Bugun.az