🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Bakıda təşkil olunan Avropa Kubokunun açılış mərasimi keçirildi

01.05.2025 16:25 10 baxış sayı 1 dəq. oxuma
Bakıda təşkil olunan Avropa Kubokunun açılış mərasimi keçirildi

Bakıda təşkil olunan bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi keçirilib.

Metbuat.az-ın məlumatına görə, Milli Gimnastika Arenasında baş tutan tədbir iştirakçı ölkələrin bayraqlarının arenaya gətirilməsi ilə başlayıb.

Ardınca gənclər və idman naziri Fərid Qayıbov açılış nitqi ilə qonaqları salamlayaraq iştirakçılara uğurlar arzulayıb:

"Növbəti gimnastika bayramına xoş gəlmisiniz. Ölkəmizdə bu həftə üç beynəlxalq yarış keçirilir. Avropa Kubokunun belə möhtəşəm təşkilinə görə Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya təşəkkür edirəm. Bütün qonaqlara xoş gəlmisiniz deyirəm".

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsinin ardından bədii hissə ilə davam edib.

Qeyd edək ki, bu gün start götürən Avropa Kuboku mayın 4-də başa çatacaq. Fərdi yarışda Azərbaycanı Gövhər İbrahimova və Zöhrə Cəfərova təmsil edirlər.

Paylaş: