
Mourinyo "Fənərbaxça"dakı karyerası ilə bağlı qərar verdi

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo karyerası ilə bağlı açıqlama verib.
Metbuat.az xəbər verir ki, Mourinyo “Fənərbaxça” basketbol komandasının Obradoviçlə Avropada qazandığı uğurlara nail olub-olmayacağı və müqaviləsini uzadıb-uzatmayacağı ilə bağlı sualları cavablandırıb. O, "Obradoviç böyük məşqçi, böyük şəxsiyyət, motivatordur. Mən arenaya çıxanda onun uğurunu və işini hiss edirəm. Burada uğur hər kəsə məxsusdur. Mənim gələcəyim önəmli deyil, önəmli olan “Fənərbaxça”dır. Burada daha bir illik müqaviləm var. Hazırda tək düşündüyüm şey “Fənərbaxça”dır” - deyə bildirib.
Qeyd edək ki, Türkiyə mediası Joze Mourinyonun müqaviləsinin sonuna qədər "Fənərbaxça"da qalacağını irəli sürüb. Mourinyonun "Fənərbaxça" ilə müqaviləsi 2026-cı ildə yekunlaşır.
Oxşar xəbərlər

Mourinyo Avropa nəhənginin təklifini qəbul etdi
Bugun.az

Mourinyo milli komandada işləmək istəyir
Bugun.az

İngiltərə klubu Mourinyonu istəyir
Bugun.az

Mourinyo Arda Güler Transferi üçün "Real"a Təzyiq...
Bugun.az

Mourinyodan "Qalatasaray"la bağlı olay paylaşım
Bugun.az

Mourinyonun istədiyi dünya ulduzunun adı bəlli old...
Bugun.az