Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Estoniya Oyunu üçün Bilet Qiyməti Açıqlandı

08.10.2024 05:25 214 baxış sayı 1 dəq. oxuma Metbuat
Estoniya Oyunu üçün Bilet Qiyməti Açıqlandı

Azərbaycan millisinin UEFA Millətlər Liqasında Estoniyaya qarşı səfər oyununda azarkeşlərimiz üçün ayrılan bilet qiyməti artıq məlumdur.


Metbuat.az-ın məlumatına görə, qonaq tərəfdarlara ayrılan B-16 sektorda biletlərin qiyməti 35 AZN-dir.


Millini Estoniyada dəstəkləmək istəyən azarkeşlər biletlərə iTicket.az saytından onlayn şəkildə sahib ola bilərlər.


Xatırladaq ki, oktyabrın 11-də Tallin şəhərindəki “Lilleküla” stadionunda keçiriləcək Estoniya-Azərbaycan matçı yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.


G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: