Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

“Qarabağ” - “Lion" matçına satılan bilet sayı açıqlandı

25.11.2024 14:25 157 baxış sayı 1 dəq. oxuma Metbuat
“Qarabağ” - “Lion" matçına satılan bilet sayı açıqlandı

UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ” və Fransanın “Lion” klubu arasında keçiriləcək V tur oyununa bilet satışı davam edir.

Klubdan Metbuat.az-a verilən məlumata görə, qarşılaşma üçün artıq 17 min 500 bilet satılıb.

Belə ki, biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir. VVIP C və VVIP D sektorlara biletlərin qiyməti isə 300 manatdır.

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.

G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: