Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Əmək Məcəlləsinə yeni anlayış daxil edilir

03.12.2025 08:32 3 baxış sayı 2 dəq. oxuma Metbuat
Əmək Məcəlləsinə yeni anlayış  daxil edilir

Əmək Məcəlləsinə ailə vəzifələri olan işçi adlı yeni bir anlayış əlavə edilir. Bununla bağlı təklif layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə edildi. Bu dəyişiklik ailə öhdəlikləri səbəbindən iş həyatında məhdudiyyətlərlə üzləşən şəxslərin hüquqi statusunu dəqiqləşdirməyə yönəlib.


Yeni tərifə görə, ailə vəzifələri olan işçi statusu, tibbi rəyə əsasən qulluğa və ya köməyə ehtiyacı olan ailə üzvünə qulluq göstərilməsi ilə bağlıdır. Ailə üzvünə ər (arvad), valideynlər, övladlığa götürənlər, uşaqlar (o cümlədən övladlığa götürülən uşaqlar), həmçinin qəyyumluğunda və ya himayəsində olan digər şəxslər daxildir. Himayədar ailə olaraq onlara verilmiş uşağa qulluq göstərən şəxslər də bu anlayışa daxil olur.


Bu cür işçinin əmək fəaliyyətinə başlamaq, əmək funksiyasını yerinə yetirmək və ya işdə irəli çəkilmək imkanları məhz bu qulluq (köməklik) öhdəlikləri ilə əlaqədar məhdudlaşır. Məcəlləyə yeni anlayışın daxil edilməsi bu qrup işçilər üçün xüsusi şərtlərin və qorunma mexanizmlərinin yaradılmasına zəmin hazırlayır.


K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: