
Məsafədən (distant) iş əmək müqaviləsiylə tənzimlənəcək

Əmək funksiyalarının məsafədən (distant) iş formasında yerinə yetirilməsi ilə bağlı əmək şəraitinin əlavə şərtləri tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsi ilə müəyyən ediləcək. Bu, Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Qanunvericilikdə edilən bu dəyişikliklər distant iş münasibətlərini rəsmi şəkildə formalaşdıracaq.
Layihəyə əsasən, məsafədən iş dedikdə, əmək funksiyasının müəssisədən və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerlərindən kənarda yerinə yetirilməsi nəzərdə tutulur. İşlərin görülməsi (xidmətlərin göstərilməsi) üçün münasib olan digər yerdə həyata keçirilən bu fəaliyyət, əmək funksiyasının məsafədən icrasına imkan verən vasitələr ilə tənzimlənir. Buraya elektron, proqram-texniki, telekommunikasiya vasitələri və digər bu kimi alətlər daxildir.
Bu yeni tənzimləmə forması həm işəgötürənin, həm də işçinin məsafədən işləyərkən hüquqlarının və öhdəliklərinin əmək müqaviləsi çərçivəsində dəqiq müəyyən edilməsinə xidmət edir.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Şagirdlər məktəbə neçə gün gedəcək? - I
Son Xeberler

Sabah ilk dərslər bu mövzulara həsr olunacaq
Son Xeberler

Valideynlərin nəzərinə- Baş Nazir qərarı təsdiqləd...
Son Xeberler

SON DƏQİQƏ! Təhsil Nazirliyidən
Son Xeberler

10 məktəb distant təhsilə keçdi
Son Xeberler

Azərbaycanda bir məktəb koronavirusa görə distant...
Son Xeberler



