
"El Klasiko"dan sonra Arda böhranı - Tənqid edildi

“Barselona”nın “Real Madrid”i 4-3 hesabı ilə məğlub etdiyi matçdan sonra Arda Gülerlə bağlı müzakirələr davam edir.
Metbuat.az xəbər verir ki, bəzi dairələr Ardanı dəstəkləsə də, bəziləri onun doğru mövqedə oynadılmadığını irəli sürüblər. Start heyətdə oyuna daxil olan Arda fasilədə Diaz ilə əvəzlənib. Azarkeşlərin bir qismi Ardanın çıxışını tənqid edərkən, bəziləri Ardanın sağ cinahda deyil, yarımmüdafiənin mərkəzində oynamalı olduğunu ifadə edib.
Qeyd edək ki, “Real Madrid” 2-0 hesabı ilə üstün olsa da, 4-3 hesabı ilə məğlub olmuşdu. Bu mövsüm məşqçi Karlo Ançelotti Arda Gülerə istədiyi qədər oyun şansı verməmişdi. Ardanın Karlo Ançelottinin klubda qalacağı təqdirdə başqa kluba gedə biləcəyi irəli sürülmüşdü. Karlo Ançelottinin Braziliya millisində işləyəcəyi elan edilib.
Oxşar xəbərlər

Arda ehtiyatda qalmaqdan usandı - 70 milyona razıl...
melumat.tv

“El Klasiko” matçı öncəsi Ardaya böyük müjdə
Bugun.az

Arda şansı əldən verdi - Sərt tənqid edildi
Bugun.az

Yamal “El Klasiko”da Tarix Yazdı
Bugun.az

"Azərenerji" Rəhbərinə Cidd-Cəhdlə Tənqid Edildi
Son Xeberler

"Real"da Arda ilə bağlı inqilabi qərar - Karyerası...
Bugun.az