Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

"Əgər bu toy baş tutsaydı, həbslər olacaqdı" - Elşad Hacıyev

03.09.2025 14:25 18 baxış sayı 1 dəq. oxuma Metbuat
"Əgər bu toy baş tutsaydı, həbslər olacaqdı" - Elşad Hacıyev

"Bəli" deməyə yaşı çatmayanların toyuna icazə yoxdur. Əziz valideynlər, yaşı çatmayan övladlarınızı evləndirməkdən çəkinin".

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib.

"Zərdab rayonunda toy mərasiminin qarşısı niyə alınıb? Bilirsiniz ki, olmaz, qadağandır. Əgər bu toy baş tutsaydı, həbslər olacaqdı. Göz yummadıq, toyun dayandırılmasını təmin etdik, təşkilatçıları isə cinayət məsuliyyətinə cəlb etmədik. Bu, belə fikirdə olan insanlara siqnal olmalıdır. Unutmayın ki, təkcə hüquq və qanun deyil, cəmiyyət də erkən nikahları qəbul etmir. Qanuni tələblərə hər kəs hörmətlə yanaşmalı, rəhbər prinsiplərə əməl etməlidir", - deyə DİN rəsmisi qeyd edib.

G
E-ticarət redaktoru

Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.

Bütün məqalələrə baxın
Paylaş: