Bakıda qadın sığınacağına hücumla bağlı polis hərəkətə keçdi - RƏSMİ AÇIQLAMA

12.01.2021 13:34 552 baxış sayı 2 dəq. oxuma
Bakıda qadın sığınacağına hücumla bağlı polis hərəkətə keçdi -

Daxili İşlər Nazirliyi (DİN) Bakıda sığınacaqda baş verən hadisəyə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-ə açıqlamasında bildirib ki, faktla bağlı qurumda araşdırma aparılır.

“Sığınacaqdan daxil olan çağırış üzrə polis hadisə yerinə cəlb olunub, hazırda araşdırma aparılır. İlkin məlumata görə, hadisə ailə-məişət zəminində baş verib”, - deyə Elşad Hacıyev bildirib.

Qeyd edək ki, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova qadın sığınacağına hücum edilməsi barədə məlumat yaymışdı.

O bildirib ki, sığınacağın əməkdaşları sığınacaqda qalan qadının qohumları tərəfindən zorakılığa məruz qalıb. Həmçinin sığınacağın qadın əməkdaşına da xəsarət yetirilib:

"Qadının əri Primov Habil, qayınanası Primova Saniyyət, baldızı Xəyalə sığınacağa gələrək xanım əməkdaşlarımıza çox ciddi xəsarətlər yetiriblər. Daxili İşlər Nazirliyindən xahiş edirik ki, bu ailə haqqında tədbir görülsün. Artıq polisə məlumat verilib".

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: