🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

​Ədliyyə Nazirliyində işləmək istəyənlərin nəzərinə

29.04.2025 11:25 5 baxış sayı 2 dəq. oxuma
​Ədliyyə Nazirliyində işləmək istəyənlərin nəzərinə

Ədliyyə Nazirliyinə qulluğa qəbulla bağlı elan olunan növbəti müsabiqədə iştirak üçün ərizə qəbulunun vaxtı çoxsaylı müraciətlər nəzərə alınaraq, iyunun 1-i saat 23:59-dək uzadılıb.

Metbuat.az xəbər verir ki, namizədlər qeyd olunan tarixədək ərizələrini Nazirliyin rəsmi saytında "Qulluğa qəbul" bölməsində "Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı elektron müraciət" adlı hissəyə və ya linkə daxil olmaqla təqdim edə bilərlər.

Müsabiqə üzrə test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən ödənişli əsaslarla keçirilir. Bununla əlaqədar hər bir namizəd imtahana buraxılış vərəqəsini bu barədə elan verildikdən sonra Mərkəzin rəsmi saytında qeydiyyatdan keçməklə və müvafiq vəsaiti ödəməklə əldə etməlidir.

Test imtahanının dəqiq vaxtı və yeri, o cümlədən buraxılış vərəqələrinin təqdim olunması barədə namizədlərə öncədən məlumat veriləcək.

Test imtahanından uğur qazanmış namizədlərin digər zəruri sənədləri bu mərhələdən sonra toplanılaraq yoxlanılacaq və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə – söhbətə buraxılacaqlar.

Namizədlər əlavə məlumat əldə etmək üçün (012) 538-01-62, 538-08-85 nömrəli telefonlarla əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, müsabiqədə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanunun 4-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verən ali hüquq təhsilli Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

Paylaş: